Medianews.az
DÇ-2026-da gündəm: Ronaldo barədə iddialar
134 baxış

DÇ-2026-da gündəm: Ronaldo barədə iddialar təkzib olundu

Portuqaliya millisinin futbolçusu Fransişko Konseysao komanda yoldaşlarının Kriştiano Ronaldoya pas verməyə məcbur edilməsi ilə bağlı iddiaları təkzib edib.

Medianews.az-ın məlumatına görə, futbolçu bildirib ki, belə bir hal yoxdur və qərarlar meydanda vəziyyətə görə verilir.

“Belə bir şey yoxdur. Ronaldo qol vurmağı bacarır, amma heç kim ona məcbur pas verməyə yönləndirmir. Mən hər zaman daha yaxşı mövqedə olan komanda yoldaşıma pas verirəm. Bu, instinktdir”, – deyə Konseysao bildirib.

Medianews.az

Bizə qoşulun