Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, hücumçu Neymar qarşıdan gələn dünya çempionatında komandanın kapitanı olmayacaq.
Bu barədə "Globo” nəşri yazıb.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssis Neymara həmçinin turnir üçün artıq əsas heyətlə bağlı təsəvvürünün formalaşdığını izah edib və hücumçunun ilkin variantda yer almadığını bildirib.
Neymar daha əvvəl 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı da daxil olmaqla bir neçə böyük turnirdə Braziliya millisinin kapitanı olub. O, cari mövsümdə 2026-cı ilin əvvəlində qayıtdığı Braziliyanın "Santos” klubunda çıxış edir.
34 yaşlı hücumçu Braziliya millisinin heyətində 128 oyunda 79 qol vurub. 2026-cı il dünya çempionatında Braziliya Mərakeş (14.06), Haiti (20.06) və Şotlandiya (25.06) ilə eyni qrupda mübarizə aparacaq.//Qaynarinfo