Medianews.az
Daxili İşlər nazirinə içinə güllələr qoyulmuş
167 baxış

Daxili İşlər nazirinə içinə güllələr qoyulmuş məktub göndərildi

Serbiya hökumət binasında Daxili İşlər naziri İvitsa Daçiç üçün göndərilmiş içində güllələr olan bir zərf aşkar edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, göndəriş “Serbiya Poçtu”nun Pozarevats şəhərindəki şöbəsindən yollanıb.

“Polis həmin göndərişi təhvil verən şəxsi müəyyən edib və aşkarlayıb, hadisənin bütün halları ilə bağlı araşdırma davam edir”, — deyə bəyanatda bildirilir.

Göndərənin kimliyi açıqlanmayıb. Nazirə qarşı təhdid Serbiyada kəskinləşən siyasi böhran fonunda baş verib.

Bizə qoşulun