Medianews.az
Tramp və komandası Venesuela əməliyyatını belə izləyib -
239 baxış

Tramp və komandası Venesuela əməliyyatını belə izləyib - FOTOLAR

ABŞ prezidenti Donald Trampın Venesuela prezidenti Nikolas Maduronun saxlanılması üzrə keçirilən xüsusi əməliyyatın gedişini öz komandasının müşayiəti ilə real vaxt rejimində izlədiyini göstərən kadrlar yayılıb.

Musavat.com xəbər verir ki, görüntülərdə Trampın yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmiləri ilə birlikdə əməliyyatın əsas mərhələlərini monitorinq etdiyi, qərargahda gərgin, lakin nəzarətli ab-havanın hökm sürdüyü görünür.

Məlumata görə, əməliyyat ABŞ xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə planlı şəkildə icra edilib və bir neçə mərhələdən ibarət olub. Rəsmi açıqlamalarda əməliyyatın “dəqiqlik, sürət və minimal risk” prinsipləri əsasında həyata keçirildiyi vurğulanır.

Bizə qoşulun