2026 bir çox ölkədə seçki ilidir.
Medianews.az bildirir ki, Rusiyada parlamentin aşağı palatası - Dövlət Duması, Ermənistan və Latviyada parlament seçiləcək.
Bolqarıstan parlament və prezident seçkilərinə, yunan Kipri, Şimali Kipr Türk Respublikası, Sloveniya, Macarıstan, Danimarka, İsveç parlament seçkisinə, Portuqaliya prezident seçkisinə hazırlaşır.
ABŞ-da Konqresin hər iki palatasına seçki təyin olunub: Nümayəndələr Palatası tam, Senatın üçdə biri yenilənəcək.
Braziliya, Kolumbiya, Peru parlament və prezident seçkilərinə gedir.
İsrail, Livan, Bəhreyn, Banqladeş, Laos, Vyetnam, Tailand, Əlcəzair, Mərakeş, Liviya, Kamerun, Efiopiya, Benin, Somalini parlament seçkisi, Konqo, Qambiya və Cibutini prezident seçkisi, Zambiya, Cənubi Sudan, Uqanda, Kabo Verdeni parlament və prezident seçkiləri gözləyir.
Toğrul Əli,
Medianews.az