ABŞ neft şirkətləri Venesuelada neft hasilatının bərpasına milyardlarla dollar sərmayə yatıracaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Venesuelaya hücumla bağlı keçirdiyi mətbuat konfransında deyib:
“Neft şirkətlərimizi - dünyanın ən böyük neft şirkətlərini ciddi şəkildə zədələnmiş neft infrastrukturunun təmirinə milyardlarla dollar investisiya qoymağa və ölkə üçün mənfəət əldə etməyə başlamağa məcbur edəcəyik”.
Tramp bildirib ki, ABŞ Venesuelaya qarşı ikinci hücum dalğasına hazırdır, lakin bu mərhələdə bunun lazımsız olduğunu düşünür. Onun sözlərinə görə, ikinci hücum baş verərsə, bu, daha güclü olacaq.