Medianews.az
“Maduro polad qapıya çatmağa macal tapmadı” – ABŞ Prezidenti
460 baxış

“Maduro polad qapıya çatmağa macal tapmadı” – ABŞ Prezidenti

ABŞ prezidenti Donald Tramp bu gün Floridadakı iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib ki, Venesuela lideri Nikolas Maduroya qarşı əməliyyat zamanı ABŞ ordusu zərurət yaranacağı təqdirdə onu öldürə bilərdi.

Medianews.az-ın məlumatına görə, Tramp deyib ki, bu ssenari real idi: “Bu baş verə bilərdi. O, təhlükəsiz bir yerə keçməyə çalışırdı. Bilirsiniz, həmin sığınacaq tamamilə poladdandır. Amma Maduro həmin polad qapıya çatmağa macal tapmadı, çünki bizimkilər çox sürətli idi”.

ABŞ prezidentinin sözlərinə görə, Amerika hərbçiləri müqaviməti son dərəcə tez yarıb keçiblər, baxmayaraq ki, ciddi müqavimətlə üzləşiblər. “Güclü müqavimət var idi, xeyli atışma baş verdi”.

Məlumata görə, Nikolas Maduro hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə saxlanılır. Mətbuat konfransından az əvvəl Tramp sosial şəbəkədə Maduronun həmin gəmidə çəkilmiş fotosunu da paylaşıb.

Medianews.az

Bizə qoşulun