Medianews.az
Evlilik, ayrılıq və pul -
120 baxış

Evlilik, ayrılıq və pul - Bu bürclər üçün kritik günlər başlayır

Yeni ilin ilk Dolunayı olduqca iddialı və taleyüklü xarakter daşıyır. 3 yanvar 2026-cı il tarixində, Xərçəng bürcündə baş verib. Bu Dolunay bizi hər mənada olmalı olduğumuz yerə yönəldəcək bir enerji gətirir.

Duyğuların gücləndiyi, keçmiş xatirələrin yenidən canlandığı, insanı dərindən təsirləndirən hadisələrə hazır olmaq lazım gələcək. Dolunay anında Ay Sirius, Yupiter isə Castor sabit ulduzu üzərində olacaq. Bu vəziyyət zəkanı düzgün istifadə etməklə sürətli irəliləyişin mümkün olduğunu və kiçik addımların böyük nəticələr doğura biləcəyini göstərir.

Göy üzündə öncü (kardinal) enerjinin üstünlük təşkil etməsi səbəbilə, sanki 2026-cı ilə doğru qəfil istiqamət dəyişikliyi baş verə bilər. Bu səbəbdən sürətli bitişlər və yeni başlanğıclar gündəmə gələ bilər. Dərəcə baxımından çox kritik sayılan bu Dolunayın təsiri ±6 gün ərzində hiss oluna bilər.

QOÇ
İş həyatınızla emosional mövzuları bir-birindən ayırmaqda çətinlik çəkə biləcəyiniz bir dövrdür. Ev üçün yeni əşyalar almaq, daha rahat və geniş bir evə köçmək, daşınmaz əmlak yatırımlarını dəyərləndirmək üçün uyğun zamandır. Ailə böyüyə bilər, münasibətlər möhkəmlənə bilər, lakin əsassız incimələrə də açıq ola bilərsiniz. Dəyərli münasibətlər evlilik qərarı ilə taclandırıla bilər. Keçmiş mövzular yenidən gündəmə gələ bilər və artıq planlı, həll yönümlü davranmaq vacib olacaq. Təyinat, ştat məsələlərində şans sizin tərəfinizdədir.

BUĞA
Fikir dünyanızı işıqlandıran, parlaq təşəbbüslər edə biləcəyiniz bir Dolunay təsiri altındasınız. Qardaşlar, əmioğlu-xalaqızı, məktəb dostları ilə münasibətlər güclənə bilər. Sosial görüşlər, xoş söhbətlər və maarifləndirici fəaliyyətlər ön plana çıxır. Planlaşdırılmamış ani bir səyahət gündəminizə daxil ola bilər. Elektronika, texnika və ya avtomobil ala bilərsiniz. Tanıtdığınız işlər və şəxsi seçimləriniz ətrafınızdakılar tərəfindən daha çox diqqət çəkə və təqlid edilə bilər.

ƏKİZLƏR
Maddi artımın astanasındasınız. Maaş artımı, fondlar, investisiyalar və kirayə gəlirləri yüksələ bilər. Lakin xərclərdə impulsiv və nəzarətsiz davranmaq riski var. Ev və ya avtomobil üçün düşünmədən xərclər edə bilərsiniz. Borclanarkən diqqətli olmazsanız, qazanc kimi görünən mövzular sonradan problem yarada bilər. Karyerada yeni fürsətlər qapını döyür. Köklü bir qurumdan iş təklifi ala bilərsiniz.

XƏRÇƏNG
Dolunayın əsas qəhrəmanı sizsiniz. Əgər daxili rahatlığınızı itirdiyinizi hiss edirsinizsə, köhnə balansınızı yenidən qura bilərsiniz. Daha pozitiv və rahat bir mərhələ başlayır. Mədə, döş və uşaqlıqla bağlı həssaslıqlar səbəbilə həkim müayinəsi gündəmə gələ bilər. Ailə daxilində qarşılıqlı diqqət ehtiyacı arta bilər. Ev üçün yeni alışlar, mebel və dekor dəyişiklikləri edə bilərsiniz. Keçmiş münasibətlər yenidən gündəmə gələ bilər. Evlilik və ortaq qərarları üçün uyğun enerjidəsiniz.

ŞİR
Xarici dünyanın səs-küyündən uzaqlaşıb içinizə dönə bilərsiniz. Ruhən təmizləndiyiniz, qorxularınızı aşdığınız bir Dolunaydır. Terapiya, spirituallıq, daxili inkişaf ön plana çıxır. Düşmənlərinizi sezə və onlardan uzaqlaşa bilərsiniz. Səmimi niyyətlə istədiyiniz bir arzu gerçəkləşə bilər. Asılılıqlara meyl arta bilər; zərərli vərdişləri tərk etmək üçün doğru zamandır. Xaricə köçmək, sənət, yoga və yaradıcı yazı işləri üçün əlverişlidir.

QIZ
Ümidlərinizin artdığı bir dövrə daxil olursunuz. Dost çevrəsi, kollektivlər və sosial qruplar genişlənə bilər. Sərbəst işləyirsinizsə, yeni layihələrə imza ata bilərsiniz. Karyeradan gələn gəlirlər ümidvericidir. Gözlədiyiniz dəyərli bir qazanc əlinizə keçə bilər. Sosial mühitdə başlayan bir tanışlıq romantik əlaqəyə çevrilə bilər. Dəyərli bir hədiyyə ala bilərsiniz.

TƏRƏZİ
Karyera və hədəflərinizlə bağlı dönüş nöqtəsidir. Vacib bir iş ortaqlığı və ya məhkəmə nəticəsi həyat istiqamətinizi dəyişə bilər. Yeni mərhələ daha çox məsuliyyət gətirir. Duyğusal dəstək uğurunuzda önəmli rol oynaya bilər. Ev, dükan və ya torpaq ala bilərsiniz. Torpaqla bağlı yatırımlar qazanc gətirə bilər. Uyğun bir tərəfdaşla münasibət rəsmi mərhələyə keçə bilər, ailələr tanış ola bilər.

ƏQRƏB
İnanclarınız güclənir, dünyagörüşünüz genişlənir. Azadlığınızı qazana bilərsiniz. Xaricə köçmək, qlobal sahəyə açılmaq mümkündür. Viza, bilet, rəsmi işlər tamamlanır. Media sahəsində fərqlənə bilərsiniz. Müəllimlər və rəhbər fiqurlarla münasibətlərdə uğur var. İmtahan və təqdimatlardan yüksək nəticə əldə edə bilərsiniz.

OXATAN
Güclü dönüşüm dövrüdür. Maddi və mənəvi haqlarınızı qorumağınız vacibdir. Gizli münasibətlər və mövzular üzə çıxa bilər. Araşdırmalar, maliyyə hesabları gündəmdədir. Davam edən müalicələr nəticələnə bilər. Kredit, sığorta, miras, vergi və təzminat yolu ilə əlavə gəlir əldə edə bilərsiniz.

OĞLAQ
Həyatınızı paylaşdığınız insanlarla münasibətləri daha dərindən dərk edəcəksiniz. Münasibətlərdə səviyyə dəyişə, sərhədlər yenidən müəyyənləşə bilər. Emosional həssaslıq səbəbilə məsafə qoymaq istəyə bilərsiniz. Köhnə qaydalar artıq işləməyə bilər, yeni planlar qurursunuz. Məhkəmə qazancı və ya evlilik yolu ilə maddi imkanlar arta bilər. Ailə daxilində yer dəyişikliyi ola bilər.

DOLÇA
Sağlamlıq, iş və gündəlik həyatınızda iş yükü arta bilər. Rutinlərinizə kömək edəcək birini tapa bilərsiniz. İş axtarırsınızsa, yeni fürsət yaranır, fərqlənə və vəzifə artımı ala bilərsiniz. Dieta başlamaq, qidalanmanı dəyişmək üçün uyğun dövrdür. Mədə, döş və uşaqlıqla bağlı narahatlıqları laqeyd yanaşmayın.

BALIQ
Romantik mövzular canlanır, sevgi həyatınız rənglənə bilər. Keçmişdən biri yenidən gündəmə gələ bilər. Mövcud münasibətdə evlilik və nişan qərarları verilə bilər. Yaradıcı işləriniz diqqət çəkir, təxminləriniz doğru çıxır. Stilinizlə ön planda ola bilərsiniz. Özünüzə bahalı xərclər edə bilərsiniz. Spekulyativ mövzulardan şans əldə etmək mümkündür. Uşaqla bağlı qərarlar üçün uyğun zamandır.

Könül,
Musavat.com

Bizə qoşulun