ABŞ prezidenti Donald Tramp Karakasın mərkəzində həyata keçirilən hərbi əməliyyatla bağlı son dərəcə sərt və sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, Tramp bu hücumu “İkinci dünya müharibəsindən bəri insanların şahidi olmadığı miqyasda” adlandıraraq əməliyyatın yaxşı möhkəmləndirilmiş hərbi istehkamı hədəf aldığını bildirib.
ABŞ prezidenti vurğulayıb ki, əməliyyatın əsas məqsədi “cinayətkar diktator” adlandırdığı Nikolas Maduronun məsuliyyətə cəlb edilməsi olub. Onun sözlərinə görə, hücum güc nümayişi yox, konkret hədəfə yönəlmiş, planlı və nəticə almağa hesablanmış addım idi.