Medianews.az
Danimarkanın ABŞ-a ada satmaq təcrübəsi var -
235 baxış

Danimarkanın ABŞ-a ada satmaq təcrübəsi var - TARİX

ABŞ Danimarka Krallığında daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazini – Qrenlandiyanı satın almaq üçün danışıqları davam etdirir.  

Qrenlandiya dünyada sahəsinə görə ən böyük adadır.

Qeyd edək ki, Danimarkanın ABŞ-a ada satmaq təcrübəsi var.

I Dünya müharibəsi zamanı ABŞ Karib dənizində təsirini gücləndirmək qərarına gəldi və Danimarkanın Vest-Hind adaları kimi tanınan ərazisinə göz dikdi.

1916-cı ilin ortalarında ABŞ hökuməti həmin adalara görə Danimarkaya 25 milyon dollarlıq qızıl təklif etdi. Danimarka tez bir zamanda az gəlir gətirən müstəmləkəsini satmağa razılaşdı.

Həmin ilin dekabrında adaların ABŞ-a satılmasına dair yalnız metropoliya (Danimarka) sakinləri arasında referendum keçirildi. 283.670 səs lehinə, 158.157 səs əleyhinə oldu. Müstəmləkənin təxminən 27 min nəfərlik əhalisinin isə fikri heç kimi maraqlandırmadı.

Daha sonra Danimarka parlamenti müqaviləni təsdiqlədi və 31 mart 1917-ci ildə adalar rəsmən ABŞ-a satıldı.

Beləliklə, ABŞ üç böyük adadan (Sent-Tomas, Sent-Con və Sent-Krus), eləcə də çoxsaylı kiçik adalar və riflərdən ibarət olan, hazırda Amerika Vircin adaları adlandırılan ərazini əldə etdi. Karib dənizinin bu kiçik hissəsi Danimarka müstəmləkəsindən ABŞ ərazisinə çevrildi.

Yeri gəlmişkən, Vircin adaları arasında 31 hektar ərazisi olan Kiçik Sent-Ceyms adası da var. 1997-ci ildə həmin ada 10,7 milyon dollara amerikalı maliyyəçi Cefri Epşteynə satıldı. Epşteyn adasında isə “dünya elitasının” azyaşlı uşaqlarla nələr etdikləri indi hamıya bəllidir.

Qrenlandiya da satılacaq və oranın da öz Epşteyni tapılacaq.

Asif Şəfəqqətov

Bizə qoşulun