Medianews.az
“Dallas” serialının aktrisası vəfat edib -
125 baxış

“Dallas” serialının aktrisası vəfat edib - FOTO

“Dallas” serialında rol alan aktrisa və keçmiş model Annabel Şofild beyin şişi səbəbindən 62 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, 1980–1990-cı illərdə həm podiumlarda, həm də ekranlarda tanınan simalardan biri olan Şofildə bir müddət əvvəl beyin şişi diaqnozu qoyulmuşdu.

O, müalicə xərclərini qarşılamaq üçün başladılan GoFundMe kampaniyası vasitəsilə tez-tez səhhəti ilə bağlı məlumat paylaşırdı.

İngilis kino prodüseri Con D. Şofildin qızı olan aktrisa son paylaşımında burun boşluğundakı kütlənin götürülməsi üçün keçirdiyi əməliyyatdan bəhs etmişdi. Lakin o, xəstəliklə mübarizəni uduzaraq 62 yaşında həyatını itirib.

Medianews.az

Bizə qoşulun