Medianews.az
Daha bir güclü zəlzələ Venesuelanı
89 baxış

Daha bir güclü zəlzələ Venesuelanı yerindən oynatdı

Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentrinin Aragua ştatındakı El Limon şəhərindən 35 kilometr şimal-şərqdə olduğunu bildirir.

Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi deyilir.

Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib.

Bizə qoşulun