Medianews.az
Daha bir azərbaycanlı
77 baxış

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı, 20 yaşlı İsmayıl Əsgərov həlak olub.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi məlumat yayıb.

“Əsgərov 18 aprel 2026-cı ildə Donetsk vilayətinin Pokrovski rayonunun Şevçenko kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həlak olub”, - məlumatda bildirilib.

Qeyd edilib ki, o, 24 sentyabr 2005-ci ildə Xarkovda anadan olub.// Ajans.az 

Bizə qoşulun