Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə müqavilə bağlayıb.
Yarımorta çəki dərəcəsində çıxış edən idmançı dünyanın ən nüfuzlu qarışıq döyüş növləri təşkilatı ilə rəsmi müqaviləyə imza atıb.
MMA-da 21 qələbə və 3 məğlubiyyətdən ibarət göstəriciyə malik olan Tahir Abdullayev UFC-də ilk döyüşünə iyunun 27-də çıxacaq.
Azərbaycan təmsilçisi debüt görüşünü Bakıda nəzərdə tutulan UFC turniri çərçivəsində keçirəcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC ilə müqavilə imzalayaraq eyni turnirdə debüt edəcəyini açıqlamışdı./oxu.az