Yüksək təzyiqi tənzimləmək üçün çuğundur və ya çuğundur suyu içmək tövsiyə edilir.
Medianews.az xəbər verir ki, bu haqda terapevt Əmir Xan danışıb.
O izah edib ki, çuğundurun tərkibindəki bəzi elementlər qan damarlarını genişləndirir və qan təzyiqini aşağı salmağa kömək edir. Təzyiqi normallaşdırmaq üçün gündə ən azı 250 millilitr çuğundur suyu içmək lazımdır.
Həkim həmçinin xəbərdarlıq edib ki, çuğundur suyu qan şəkərini yüksəldə bilər, ona görə də diabetli şəxslər əvvəlcə həkimə müraciət etməlidirlər.
Medianews.az