"Yay giləmeyvələri arasında ürək sağlamlığı üçün ən faydalısı çiyələkdir".
Medianews.az xəbər verir ki, bunu kardioloq Aurelio Roxas deyib.
Onun sözlərinə görə, çiyələk tərkibindəki antioksidantlar və lif sayəsində orqanizmdə xroniki iltihabı azaldır.
Həkim bildirib ki, çiyələyin müntəzəm istehlakı insulinə həssaslığı yaxşılaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırmağa kömək edir. Bu isə diabet, piylənmə və ürək-damar xəstəlikləri riskini azalda bilər.
Bundan əlavə, çiyələk az kalorili olduğu üçün toxluq hissini artırır və oksidləşdirici stressi azaldaraq hüceyrələrin qorunmasına dəstək olur.
Medianews.az