Medianews.az
Çində "BYD" elektromobil şirkətinin qarajında
115 baxış

Çində "BYD" elektromobil şirkətinin qarajında güclü yanğın olub

Çinin məşhur elektromobil istehsalçısı olan "BYD"nin Şencşen sənaye parkında yerləşən çoxmərtəbəli qarajında güclü yanğın baş verib.

Medianews.az xəbər verir ki, bu barədə Trend məlumat yayıb.

Qarajda əsasən avtokonsernin sınaqlarından istifadə olunan avtomobillər və metalloma gedən yarasız nəqliyyat vasitələri saxlanılırdı.

"BYD"nin bəyanatına əsasən, yanğınsöndürənlər yanğını nəzarət altına almağa nail olub. Yanğın nəticəsində şirkətin heç bir əməkdaşı xəsarət almayıb.

Bizə qoşulun