Medianews.az
CHP qurultaya gedir -
58 baxış

CHP qurultaya gedir - Kılıçdaroğlu AÇIQLADI

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu qurultay keçiriləcəyini bildirib.

Bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

"Qurultay keçirəcəyik, dostlar", - o deyib və əlavə edib ki, bunun üçün qurultayın qanuni zəmində keçirilməsi lazımdır.

CHP-nin sədri jurnalistlərə hazırda müəyyən prosesin başladığını açıqlayıb: "Bu prosesin sağlam bir zəmində irəliləməsi lazımdır. Partiyanın birliyinin, bütövlüyünün qorunması, birlikdə mübarizə aparılması, mövcud problemlərə qarşı sağlam həllər irəli sürmək hamımızın ortaq vəzifəsidir. Bunu etmək məcburiyyətindəyik".

Kılıçdaroğlu CHP-nin Parlament Qrupunun sədri seçilən Özgür Özel barədə suallara da cavab verib: "Hər şeyin qanuni zəmində edilməsi lazımdır.

Qrup sədrlərinin, müavinlərin seçilməsi, qurultayların keçirilməsi, qurultaylarda deleqatların, partiya məclisinin seçilməsi, bütün bunların hüquqi zəmində edilməsi vacibdir. Buna diqqət göstəririk."

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb./Report

Bizə qoşulun