Medianews.az
Cennaro Qattuzo İtaliya millisindən ayrıldı -
78 baxış

Cennaro Qattuzo İtaliya millisindən ayrıldı - RƏSMİ

Cennaro Qattuzo İtaliya milli komandasının baş məşqçisi vəzifəsini tərk edib.

Bu qərar barədə İtaliya Futbol Federasiyası rəsmi açıqlama yayıb.

Yayılan məlumata görə, 48 yaşlı mütəxəssislə bağlanmış müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.

Qeyd edək ki, Cennaro Qattuzo bu posta 2025-ci ilin yay aylarında təyin edilmişdi. Lakin onun rəhbərlik etdiyi komanda qarşıya qoyulan əsas məqsədə çata bilməyərək, DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq şansını əldən vermişdi./oxu.az

Bizə qoşulun