UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsini dəf etmiş komandaların 11-i titul sahibidir.
Medianews.az bildirir ki, 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 15, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “İnter” (İtaliya) 3, “Benfika”, “Yuventus” və “Çelsi” 2, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 dəfə zirvəni fəth edib.
Mövsümün finalı (30 may) Macarıstanın paytaxtı Budapeştə təyin olunub.
Hazırda 8 komanda 1/8 finalda yer alır, 16 komanda, o cümlədən Azərbaycan təmsilçisi “Qarabağ” 1/16 finaldadır.
1/16 final 17-25 fevralda, 1/8 final 10-18 martda keçiriləcək.