Medianews.az
Çempionlar Liqası: “Qarabağ” hansı mövqedədir?
121 baxış

Çempionlar Liqası: “Qarabağ” hansı mövqedədir?

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümündə liqa mərhələsinin beş turu geridə qalıb. Azərbaycan təmsilçisi “Qarabağ” 7 xalla 19-cu pillədədir. Qalan üç turda “Qarabağ” Niderlandın “Ayaks”, Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları ilə evdə, İngiltərənin “Liverpul” komandaları ilə səfərdə görüşəcək.

Medianews.az bildirir ki, 36 komandanın səkkiz turluq yarışında ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürüləcək: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun