İngiltərənin "Vest Hem" klubu "Çelsi"nin futbolçusu Aksel Disasini icarəyə götürüb.
"Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi mövsümün sonunadək bu komandada çıxış edəcək.
Qeyd edək ki, 2025-ci ilin iyununda "Çelsi"yə keçən Aksel Disasi cari mövsüm meydana çıxmayıb. Onun "zadəganlar"la 2029-cu ilin yayınadək müqaviləsi var.