İngiltərənin "Çelsi" klubunun rəhbərliyi sabiq müdafiəçisi Tiaqu Silvanı məşqçi kimi komandaya qaytarmaq variantını nəzərdən keçirir.
Medianews.az "Report"a istinadən xəbər verir ki, 41 yaşlı braziliyalı futbolçu ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.
London təmsilçisi ilə müsbət münasibətlərini qoruyan veteran oyunçu bu yaxınlarda komandanın İngiltərə Premyer Liqasında "Nottingem Forest"ə 2:1 hesabı ilə qalib gəldiyi ev matçını direktorlar lojasından izləyib. Müdafiəçinin ailəsinin hələ də London klubunun məşq bazasının yaxınlığında yaşadığı bildirilib.
Qeyd edək ki, T.Silva 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. O bu ilin yanvarında qoşulduğu "Portu" (Portuqaliya) klubundan bir neçə gün öncə ayrılıb.