Medianews.az
Cəlilabadda yol qəzası: 1 nəfər ölüb, 2 azyaşlı xəsarət alıb
118 baxış

Cəlilabadda yol qəzası: 1 nəfər ölüb, 2 azyaşlı xəsarət alıb

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.

Qəza Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətdə olan “Kia” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Hadisə zamanı sürücünün həyat yoldaşı Qaratel Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb./AZƏRTAC

Bizə qoşulun