Amerikanın məşhur aktyoru Cek Nikolsonun qızı, aktrisa Lorreyn Nikolson müasir Hollivud elitasını sərt tənqid edib.
Hollivud - Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən, dünya kino sənayesinin mərkəzi hesab olunan məxsusi rayondur. Hollivud Amerikanın kino sənayesinin rəmzi kimi tanınır və “Parıltılı şəhər” ("Tinsel town") adlandırılır.
Medianews.az-ın məlumatına görə, Lorreyn Nikolson “W Magazine” dərgisində çap olunan məqaləsində Hollivudu status dalınca qaçanların mühiti kimi təsvir edir.
36 yaşlı aktrisanın sözlərinə görə, Hollivud artıq öz ictimai nüfuzu sarıdan daima təşviş keçirənlərin paytaxtına çevrilib və burada adamlar status qazanmaqdan ötrü nəyə desən hazırdırlar.
Hollivud həyatını idman, zahiri görünüş, sosial status üzərində qurulmuş bir sistem kimi xarakterizə edən Lorreyn Nikolson vurğulayır ki, burada çoxları sağlamlıq məqsədilə idman etdiyini desə də, əslində niyyət cəlbedici görünməkdir. Lorreyn tanışlıq münasibətlərində də qeyri-real real gözləntilərin hökm sürdüyünü vurğulayır.
Aktrisa yazır ki, bütün bu zahiri amillər həyatın həqiqi dəyərini kölgədə qoyur və onun yerini verə bilmir: “Bu, statusun əslində nə qədər az əhəmiyyət daşıdığı deməkdir və bunu anlayanlar anlayır”.
Lorren Nikolson eyni zamanda bildirir ki, bəzi məşhur simalar mənəvi dəyərlərə sadiq qalmağı, köhnə dostluqları qorumağı da bacarır.
Lorryen əvvəllər mətbuata verdiyi müsahibələrində məşhur ailədə böyüməyin ona elə bir ciddi təsir göstərmədiyini söyləyib. Lorreynin dediyinə görə, valideynləri həmişə ona sərbəstlik verməyi üstün tutublar.
Cek Nikolson da ailədaxili münasibətlərə toxunarkən jurnalistlərə bildirib ki, valideynlər övladlarına öz yollarını tapmaqda kömək etməlidirlər.
Medianews.az

