Medianews.az
Çəhrayı şərabın
82 baxış

Çəhrayı şərabın gizli təhlükələri

Diyetoloqlar və stomatoloqlar çəhrayı şərabın gizli təhlükələri barədə xəbərdarlıq ediblər.

Medianews.az xəbər verir ki, içkinin yüngül rəngi və meyvəli dadı onun daha az zərərli olduğu təəssüratı yaratsa da, əslində yüksək şəkər tərkibi səbəbindən kalori miqdarı çoxdur.

Diyetoloq Sara Şenker bildirib ki, iki bokal çəhrayı şərab təxminən 200 kilokalori təşkil edir və faydalı maddələrdən məhrumdur.

Uzunmüddətli istifadəsi vitamin və mikroelement çatışmazlığına, bağırsaq mikroflorasının pozulmasına, immunitetin zəifləməsinə, yorğunluq və saç tökülməsinə səbəb ola bilər.

Stomatoloq Nora Albaldavi isə içkinin yüksək şəkər tərkibinə görə ağız sağlamlığına mənfi təsir göstərdiyini, kariyes riskini artırdığını və diş minasını tez aşındırdığını vurğulayıb.

Medianews.az

Bizə qoşulun