Medianews.az
Casusluqda ittiham olunan şəxs
111 baxış

Casusluqda ittiham olunan şəxs EDAM EDİLDİ

İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əlaqədə olmaqda ittiham edilən Kuroş Keyvaninin barəsində çıxarılan ölüm hökmü icra edilib.

Medianews.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi İranın məhkəmə orqanlarının açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, Keyvaninin strateji obyektlərə dair görüntü və məlumatları “Mossad”a ötürdüyü müəyyən olunub. Onun barəsində çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Qeyd olunub ki, Keyvani ötən ilin iyun ayında ABŞ və İsrailin İrana hücumları zamanı baş verən 12 günlük münaqişənin dördüncü günündə saxlanılmışdı.

Həmin dövrdə İsraillə əlaqəli olduğu iddia edilən onlarla şəxs də İranda saxlanılmışdı. Rəsmilər milli təhlükəsizliyə qarşı fəaliyyətlərlə bağlı sərt tədbirlərin davam etdiriləcəyini bildirirlər.

Medianews.az

Bizə qoşulun