Hindistanda 27 yaşlı gənc 25 nəfər kənd sakini tərəfindən cadugərliklə məşğul olmaqda günahlandırılaraq amansızlıqla qətlə yetirilib.
Medianews.az xəbər verir ki, hadisə Odişa ştatında baş verib.
Sakinlər kişini yaxın qohumunun evindən çıxararaq diri-diri yandırıblar. Hadisə yerinə gələn polis qismən yanmış cəsədi aşkar edib. Yerli sakinlərin bu addımı “cadugərlik” şübhəsi ilə atdığı bildirilir.
Polis hadisə ilə bağlı bir neçə şəxsi saxlayıb, fakt üzrə cinayət işi açılıb və araşdırma aparılır.
Medianews.az