Medianews.az
Burcu Esmersoydan gözlənilməz etiraf:
370 baxış

Burcu Esmersoydan gözlənilməz etiraf: 6 ildir ki....

Məşhur aparıcı Burcu Esmersoy iştirak etdiyi tədbirdə verdiyi açıqlama ilə gündəm yaradıb.

Medianews.az xəbər verir ki, 49 yaşlı televiziya ulduzu jurnalistlərin suallarını cavablandırarkən artıq 6 ildir EYT (erkən yaşda təqaüd) çərçivəsində pensiya aldığını bildirib.

Esmersoy erkən təqaüdə çıxmaqdan məmnun olduğunu vurğulayıb:

“Emekliyəm, digər təqaüdçülərin etdiyi kimi normal həyatımı yaşayıram. 6 ildir pensiya alıram və bundan çox xoşbəxtəm”, – deyə o, gülümsəyərək bildirib.

Həmişə formada görünən aparıcının bu etirafı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Medianews.az

Bizə qoşulun