Medianews.az
Büdcə: gəlir haradan gəlib?
635 baxış

Büdcə: gəlir haradan gəlib?

Maliyyə Nazirliyinin hesabatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsi 35 milyard 625,6 milyon manat gəlir əldə edib. Mənbələr belə sıralanır: Dövlət Vergi Xidməti - 15 milyard 310,5 milyon manat, Dövlət Neft Fondundan köçürmə - 13 milyard 274,3 milyon manat, Dövlət Gömrük Komitəsi - 5 milyard 752,2 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri - 592,3 milyon manat, Əmlak Məsələləri Dövlət Xidməti - 41,6 milyon manat, başqa daxilolmalar - 654,7 milyon manat.

Dövlət büdcəsinin xərcləri 31 milyard 414,7 milyon manat göstərilir.

Medianews.az bildirir ki, 2025-ci ilin dövlət büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub. Üç rübün aylıq xərc statistikası belə rəsmiləşib:

yanvar – 2 milyard 339,6 milyon manat

fevral – 3 milyard 26,4 milyon manat

mart – 2 milyard 749 milyon manat

aprel – 2 milyard 846,9 milyon manat

may – 2 milyard 730,2 milyon manat

iyun – 3 milyard 403,5 milyon manat

iyul – 2 milyard 849 milyon manat

avqust – 2 milyard 363,4 milyon manat

sentyabr – 2 milyard 360,2 milyon manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun