Medianews.az
Bu xəstəlikləri olanlar pomidoru
55 baxış

Bu xəstəlikləri olanlar pomidoru az yeməlidir

“Bəzi insanlar pomidor yeyərkən ehtiyatlı olmalıdırlar”.

Medianews.az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Yelena Qrek deyib.

Onun sözlərinə görə, pomidor, xüsusilə qastrit, mədə xorası və pankreatit kimi mədə-bağırsaq xəstəlikləri olanlarda ürək yanması və ağrı yarada bilər.

Həkim qeyd edib ki, bu məhsul böyrək xəstəlikləri olan insanlar üçün də risklidir. Çünki tərkibindəki oksalatlar müəyyən hallarda böyrək daşlarının yaranmasına səbəb ola bilər.

Bununla belə, mütəxəssis vurğulayıb ki, bu xəstəlikləri olan insanların pomidoru tamamilə rasiondan çıxarmasına ehtiyac yoxdur. Sadəcə olaraq, onun istehlakını məhdudlaşdırmaq və həkim məsləhətinə əməl etmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun