Medianews.az
Bu universitetin lisenziyası
97 baxış

Bu universitetin lisenziyası ləğv olundu

Türkiyənin tanınmış özəl ali məktəblərindən olan İstanbul Bilgi Universitetinin fəaliyyət icazəsi rəsmi olaraq ləğv edilib.

Medianews.az xəbər verir ki, qərar “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib.

Universitetə bağlı fond dövlət nəzarətinə götürülmüşdü və idarəetmə üçün yeni rəhbərlik təyin edilmişdi. Son qərarla isə ali təhsil müəssisəsinin fəaliyyəti tam dayandırılıb.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) qaydalarına əsasən, bu qərar tələbələrin təhsil hüququna təsir etməyəcək. İstanbul Bilgi Universitetinin tələbələri təhsillərini zəmanətçi universitet statusunda olan Mimar Sinan Gözəl Sənətlər Universitetində davam etdirəcəklər.

Bildirilib ki, diplomlar və təhsil hüquqları da həmin universitetin təminatı altında olacaq.

Qərardan sonra qeydiyyat, transkript, diplom və fakültə keçidi ilə bağlı prosedurların yaxın günlərdə YÖK tərəfindən açıqlanması gözlənilir.

Qeyd edək ki, universitet 2019-cu ildə Can Holdinqin tərkibinə keçmiş, daha sonra holdinqə qarşı aparılan istintaq çərçivəsində qurum qəyyum nəzarətinə götürülmüşdü.

 Medianews.az

 

Bizə qoşulun