Medianews.az
Bu tarixdən ibtidai siniflər üçün yaz tətili
75 baxış

Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq

Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub.

2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslər 6 may tarixində yenidən bərpa olunacaq.

Qeyd olunan tarixlər Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti" ilə bağlı qərara uyğun müəyyən edilib.

Bizə qoşulun