Ağdaşda qazın verilişində fasilə yaranacaq.
Bu barədə Medianews.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Ərəb,Hüşün və Kükəl kəndlərini təbii qazla təmin edən d-159 mm-lik orta təzyiqli qaz xəttində sızma ləğv edilməsi ilə əlaqədar olaraq 18.03.2026-cı il tarixdə saat 09:30-dan etibarən işlər yekunlaşanadək cəmi 865 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.