Medianews.az
Bu qan qrupu sahibləri
146 baxış

Bu qan qrupu sahibləri daha uzunömürlüdür

100 yaşdan yuxarı insanlar üzərində aparılan araşdırmalar qan qrupları ilə sağlamlıq göstəriciləri arasında mümkün əlaqəni gündəmə gətirib.

Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bəzi qan qrupları müəyyən xəstəliklərə qarşı daha davamlı ola bilər.

Xüsusilə O (0) qan qrupuna sahib şəxslərin daha uzunömürlü olma ehtimalının yüksək olduğu qeyd edilir. Araşdırmalarda bu qan qrupunun ürək-damar xəstəlikləri və bəzi risk faktorları baxımından daha aşağı göstəricilərlə əlaqəli olduğu vurğulanır.

Royal Holloway, University of London tərəfindən aparılan araşdırmada qan qrupları ilə müxtəlif xəstəliklər arasında əlaqə öyrənilib. Tədqiqatçılar qan qrupunu müəyyən edən genlərin bəzi hallarda qan laxtalanması riskinə təsir göstərə biləcəyini bildiriblər.

Araşdırmalar göstərsə də ki, O qan qrupu müəyyən üstünlüklərə sahib ola bilər, sağlam həyat tərzi uzunömürlülükdə əsas rol oynayan faktordur. Həkimlər sağlam qidalanma, hərəkətlilik və mütəmadi tibbi yoxlanışların daha həlledici olduğunu bildirirlər.

Bizə qoşulun