Medianews.az
Bu ölkənin lideri
88 baxış

Bu ölkənin lideri xərçəngə TUTULDU

Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.

Medianews.az Ajans.az-a istinadən xəbər verir ki, 72 yaşlı monarx müalicə üçün Çinə yollanacaq.

Bildirilir ki, o və anası Norodom Moninet fevralın sonunda planlı müayinələr üçün Pekinə gediblər. Xərçəngin mərhələsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Siamoninin atası Norodom Sianukda da 1993-cü ildə prostat xərçəngi aşkarlanmışdı və o, müalicədən sonra 2012-ci ilə qədər yaşayıb.

Siamoni 2004-cü ilin oktyabrında atasının taxtdan imtinasından sonra kral olub. O, daha əvvəl Kambocanın UNESCO-da səfiri kimi çalışıb və klassik balet rəqqası kimi tanınıb.

Bizə qoşulun