Medianews.az
“Bu ölkəni tərk edin” -
93 baxış

“Bu ölkəni tərk edin” - ABŞ

ABŞ hökuməti Livanda vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Bu barədə Beyrutdakı ABŞ səfirliyinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, təhlükəsizlik vəziyyətinin pisləşdiyininə görə kommersiya reysləri fəaliyyət göstərdiyi müddətdə ölkədən çıxmaq tövsiyə edilir. Səfirlik Livanda qalmağa qərar verən şəxslərə fövqəladə hallara hazır olmaları və vəziyyəti diqqətlə izləmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, çağırış bölgədə artan gərginlik fonunda edilib. İsrail ordusunun ölkənin cənubuna hava zərbələri endirməsi nəticəsində çoxsaylı mülki şəxslər məcburi köçkünə çevrilib. Tərəflər arasında əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, qarşıdurmalar davam edir./mətbuat.az

Bizə qoşulun