Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Çin mediası Çin Seysmoloji Mərkəzinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Mütəxəssislərin məlumatına əsasən, zəlzələ ocağı 15 km dərinlikdə yerləşib. Yeraltı təkanlar, həmçinin Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində də hiss olunub./publika.az