Yunanıstanın sağçı “Yunan Həlli” partiyasının lideri Kiriakos Velopulos Ukrayna Prezidenti Volodimir Zelenskini “Yunanıstanın düşməni” adlandırıb.
Medianews.az bildirir ki, bu haqda Politico yazır.
Siyasətçinin sözlərinə görə, Zelenski heç vaxt Yunanıstanın dostu olmayıb.
Nəşr yazır ki, Yunanıstan hökuməti ölkənin ərazi sularının kifayət qədər qorunmaması ilə bağlı müxalifətin sərt tənqidləri ilə üzləşib. Müxalifət hakimiyyəti təhlükəsizlik sahəsində zəiflikdə ittiham edir.
Medianews.az