Uşaqlar "Son zəng" tədbirini necə görmək istəyirlərsə, elə də keçirməlidirlər.
Medianews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, "Son zəng"də tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır.
Emin Əmrullayev ötən ildən başlayaraq tətbiq edilən tam orta təhsil modelindən də bəhs edib. Onun sözlərinə görə, layihənin məqsədi rayonların ən bacarıqlı müəllimlərini həmin məktəblərdə cəmləşdirərək 10-11-ci sinif şagirdlərinin hazırlığını daha keyfiyyətli şəkildə təmin etməkdir. Təmayül tədris prosesinə cəlb olunan müəllimlərin maaşlarına əlavələr də olacaq.