İranlı alimlərin “Food & Function” jurnalında dərc olunan araşdırmasına görə, fastfud və sənaye üsulu ilə hazırlanmış şirniyyatlar orqanizmin antioksidant müdafiəsini zəiflədə və maddələr mübadiləsində ciddi pozuntulara səbəb ola bilər.
Medianews.az xəbər verir ki, tədqiqatda 528 yetkin şəxsin qidalanma vərdişləri öyrənilib.
Nəticələrə əsasən, ultraemal olunmuş qidaları daha çox qəbul edən insanlarda ürək-damar və metabolik xəstəliklər riski təxminən 2,5 dəfə yüksəkdir. Bu əlaqə xüsusilə qadınlarda və artıq çəkisi olan şəxslərdə daha aydın müşahidə edilib.
Bu kateqoriyaya sənaye şirniyyatları, qazlı içkilər, çipslər, kolbasalar, yarımfabrikatlar və hazır yeməklər daxildir. Mütəxəssislər bildirirlər ki, belə qidalar iltihabi prosesləri gücləndirir, hüceyrə zədələnməsini artırır və yaşla bağlı xəstəliklərin yaranma riskini yüksəldir.
Medianews.az