Medianews.az
Bu heyvanlarda
124 baxış

Bu heyvanlarda xəstəlik tapıldı

Gürcüstandan Azərbaycana gətirilən dörd baş heyvanda zoonoz xəstəlik aşkarlanıb.

Bu barədə Medianews.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, mayın 5-də "Aqrovest MT" MMC tərəfindən Gürcüstanın "Universal Export" şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 89 baş kəsimlik diri iribuynuzlu heyvan kliniki və laborator müayinədən keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı 4 baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.

Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb. Qeyd olunan halın təkrarlanmaması üçün Gürcüstanın aidiyyəti qurumuna rəsmi müraciət ünvanlanıb.

Bizə qoşulun