Medianews.az
Bu əlamətlər varsa,
81 baxış

Bu əlamətlər varsa, dondurmanı yeməyin

Qida məhsulları üzrə ekspert Olqa Anişenkova dondurma alarkən məhsulun görünüşünə və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, dondurma mənfi 18 dərəcədən yüksək temperaturda saxlanılmamalıdır.

Məhsul bir neçə dəfə əridilib yenidən dondurulduqda onun quruluşu dəyişir, buz təbəqəsi əmələ gəlir və dadında turşluq hiss oluna bilər.

Ekspert bildirib ki, dondurmanın formasının pozulması, qablaşdırmanın zədələnməsi və ya şişməsi məhsulun xarab olmasının əsas əlamətlərindəndir. Həmçinin xoşagəlməz qoxu, turş və ya acımış dad da təhlükə siqnalı sayılır.

Anişenkova dondurmanın etibarlı mağazalardan alınmasını, son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirilməsini məsləhət görüb. Onun sözlərinə görə, zavod qablaşdırmasında satılan porsiyalı dondurmalar daha təhlükəsiz seçim hesab olunur.

Medianews.az

Bizə qoşulun