Həkim Karmen Bellido bir çox insanın yuxusuzluqla mübarizə üçün qəbul etdiyi üç əlavənin təsirsiz olduğunu açıqlayıb.
Medianews.az-ın sözlərinə görə, Bellido qeyd edib ki, melatonin, valerian və maqneziumun yuxusuzluğa kömək etdiyinə dair inandırıcı elmi dəlil yoxdur.
O, yuxu problemi yaşayanların optimal müalicəni təyin edə biləcək həkimə müraciət etməsini tövsiyə edib.
Mütəxəssis əlavə edib ki, dərmanlar həmişə yuxusuzluğun müalicəsinin birinci xətti deyil. Bəzi dərmanlar asılılığa səbəb ola bilər, buna görə də kəskin hallarda qısa müddətdə istifadə edilməlidir.
Medianews.az