Yaponiya millisinin baş məşqçisi Hacime Moriyasu DÇ-2026-nın pley-off mərhələsində Braziliyaya qarşı keçiriləcək oyun öncəsi iddialı danışıb.
Medianews.az xəbər verir ki, mütəxəssis komandasının sensasiyaya hazır olduğunu bildirib: "Dünya çempionatlarında indiyə qədər Braziliyaya qalib gəlməmişik. Lakin biz artıq daha güclüyük. Ötən il yoldaşlıq görüşündə onları məğlub edərək nələrə qadir olduğumuzu sübut etdik. İndiki Braziliya fərqlidir, lakin biz qələbəyə inanırıq. Sentyabrda növbəti mərhələyə adlamaq üçün meydanda maksimum gücümüzü qoyacağıq".
Qeyd edək ki, Yaponiya qrup mərhələsində Niderland (2:2) və İsveçlə (1:1) heç-heçə edib, Tunisi isə darmadağın edərək (4:0) növbəti mərhələyə yüksəlib. Bu cütün qalibi 1/8 finalda Kot-d'İvuar – Norveç duelinin ən güclüsü ilə qarşılaşacaq.
Medianews.az