Medianews.az
Braziliyada DRAMATİK FİNAL - Amansız mübarizə, kütləvi dava, 23 qırmızı vərəqə -
182 baxış

Braziliyada DRAMATİK FİNAL - Amansız mübarizə, kütləvi dava, 23 qırmızı vərəqə - VİDEO

Braziliyada "Liga Mineyro" turnirinin final matçında "Kruzeyro" - "Atletiko Mineyro" futbolçuları arasında kütləvi dava olub.

Medianews.az Oxu.Az-a istinadən  xəbər verir ki, "Kruzeyro"nun 1:0 hesabı ilə öndə olduğu matçın bitməsinə az qalmış "Atletiko Mineyro"nun qolkiperi ilə rəqibin oyunçusu arasında qarşıdurma yaşanıb.

Bu qarşıdurma sonradan oyunçular arasında meydanda kütləvi davaya çevrilib. "Atletiko Mineyro"nun ulduz futbolçusu Halk da insidentə qoşulub. O, rəqib oyunçunun başına yumruqla zərbələr endirib.

Kütləvi dava səbəbindən 23 futbolçunun qırmızı vərəqə ilə cəzalandırıldığı bildirilir. Lakin bu cəzalar yalnız "Liga Mineyro" turnirinə şamil olunacaq. Yəni cəzalanan futbolçular Braziliya çempionatında matçlara çıxa biləcəklər.

Bizə qoşulun