Avstriyanın Qraz şəhərində 32 yaşlı bloger Ştefani Piperin ölümü ilə bağlı istintaq yeni və dəhşətli ehtimal ortaya çıxarıb.
Medianews.az xəbər verir ki, o, 2025-ci ilin noyabrında planlaşdırılan fotosessiyaya gəlmədikdən sonra itkin düşüb.
Məlumata görə, qadın keçmiş sevgilisi – 31 yaşlı Patrik M. ilə mübahisə zamanı hücuma məruz qalıb. Şübhəli etiraf edib ki, onu boğub, daha sonra isə cəsədi çamadana qoyaraq Sloveniyaya aparıb və basdırıb.
Lakin məhkəmə-tibbi ekspertizasının son nəticələri göstərir ki, ölüm vaxtını dəqiq müəyyən etmək mümkün olmayıb. Bu isə Piperin çamadana qoyularkən hələ sağ ola biləcəyi ehtimalını gündəmə gətirir.
İstintaqa əsasən, şübhəli əvvəlcə çamadanı nənəsinin bağında basdırıb, sonra isə izləri gizlətmək üçün meşəyə aparıb. O, Sloveniya polisi tərəfindən sərhədə yaxın ərazidə, yandırılmış avtomobilinin yanında saxlanılıb.
Şübhəlinin vəkili bildirib ki, o, baş verənlərdən sarsılıb və motivini izah edə bilmir.
Medianews.az

