Türkiyədə evində ölü tapılan Ayşəgül Əraslanın ölümü ilə bağlı araşdırma davam edir. İstintaq zamanı məlum olub ki, hadisədən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluş gənc qadının evində olub.
Medianews.az xəbər verir ki, polis Sunay Kurtuluşun ifadəsini alıb.
Aktyor bildirib ki, Əraslan onunla zarafat edərək şillə vurub. Bundan narahat olduğu üçün aralarında qısa mübahisə yaşanıb. O, daha sonra evdən ayrılıb.
“Yeraltı” serialında Adnan obrazını canlandıran Sunay Kurtuluş sosial şəbəkədə də açıqlama verib. Onun vəkilinin sözlərinə görə, aktyor yalnız məlumat məqsədilə dindirilib və hadisə ilə bağlı şahid qismində ifadə verib.
Medianews.az