Rusiyalı bloger Mariya Stukalova qeyri-adi məqsədlə başında tatu etdirib.
Medianews.az xəbər verir ki, o, geniş saç ayırımını gizlətmək üçün trixopiqmentasiya proseduruna müraciət edib.
Daha əvvəl serumlar və mezoterapiya sınasa da nəticə əldə etməyib, saç əkiminə isə hazır olmadığını bildirib.
Stukalova vurğulayıb ki, bu üsul saçları vizual olaraq daha sıx göstərir və qadınlar üçün xilas yolu ola bilər. Onun sözlərinə görə, tam effekt üçün üç prosedur tələb olunur.
Medianews.az