Canlı yayım zamanı baş verən maraqlı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, məlumata görə, amerikalı bir bloger canlı yayım edərkən ona yaxınlaşan norveçli turist qadın gözlənilmədən onunla flört etməyə başlayıb.
Qadının davranışları və açıq münasibət təklifi həm blogeri, həm də izləyiciləri təəccübləndirib.
Hadisə zamanı qadın blogerə “Birlikdə mükəmməl uşaqlarımız olacaq” deyərək onunla münasibət qurmaq istədiyini bildirib. Bu sözlər canlı yayım izləyiciləri arasında da böyük maraq doğurub.
Lakin hadisənin gedişatı daha sonra gözlənilməz şəkildə dəyişib. Belə ki, qadının əri hadisə yerinə gəlib və həmin anlar canlı yayımda lentə alınıb. Bloger qadının evli olduğunu öyrəndikdə açıq şəkildə təəccübünü gizlədə bilməyib.
Qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında geniş reaksiyalara səbəb olub və hadisə trend mövzulardan birinə çevrilib.